TƏBİB: Pandemiyaya qarşı mübarizədə iştirak üçün tələbələr də müraciət edib
![]()
“Bütün tibb işçiləri pandemiyaya qarşı mübarizədə aktiv iştirak etməlildir”.
Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, pandemiyaya qarşı mübarizədə iştirak üçün Tibb Universitetinin tələbələri də müraciət edib: “Hazırda könüllülərin siyahısı hazırlanır. Nəzarət mexanizmlərinin həyata keçirilməsi hamanı könüllülərin xidmətindən də istifadə edilə bilər”.
Rubrika.Az
Facebook-da paylaş













