Koronavirusa yoluxanların sayı 7,5 milyonu keçdi

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 7 milyon 539 min 914 nəfərə çatıb.
Rubrika.az bildirir ki, məlumatı "Worldometers" yayıb.
Pandemiya qurbanlarının sayı 421 min 394 nəfərdir.
İndiyədək 3 milyon 822 min 639 nəfər xəstəlikdən sağalıb.
Ən çox yoluxma (2,077,496) və ölüm faktı (115,576) ABŞ-da qeyd alınıb.
Rubrika.az
Facebook-da paylaş













