Ermənistanda daha 397 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutkada daha 397 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 17 064 nəfərə çatıb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, 16 nəfəri son bir gündə olmaqla, ümumilikdə 285 Ermənistan vətəndaşı COVID-19 infeksiyasından ölüb. Koronavirusa yoluxmuş, lakin başqa xəstəlikdən ölənlərin sayı 94 nəfərdir.
İndiyədək 6 276 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 409 aktiv koronavirus xəstəsi var.
Rubrika.Az
Facebook-da paylaş









