Ermənistan prezidenti Nikol Paşinyanın hiyləgər siyasəti
Dövlətçilik siyasətindən anlayışı olmayan Nikol Paşinyanan Qərbyönümlü siyasəti ilə 2 il ərzində xalqın gözündən elə düşdü ki, düşdü ki, aparılan rəsmi sorğuların nəticələri deməyə əsas verir ki, hazırda Ermənistanda seçki keçirilsə, mövcud hakimiyyət ancaq 6-7 % səs toplaya bilər. Bu isə o anlama gəlir ki, Ermənistanda ya siyasi müxalifət güclənib, ya da koronavirus fonunda Paşinyanın bütün yanlış siyasəti ifşa mərhələsinə keçid alıb. Ermənistanın bütün dövlət qurumları hazırda həyacan içindədir. Mitinqlər, aksiyalar bir-birini sıralayır. İnsanlara qarşı ciddi zorakılıq tətbiq olunur. Bu yaxınlarda Çarukyan tərəfdarları parlament binası qarşısında toplanmağa cəhd etsələr də, həmin cəhdin qarşısı hakimiyyətin tapşırığı ilə ən sərt formada alınıb və yüzlərlə insan saxlanılıb. Saxlanılanlar və xəsarət alanlar arasında onlarla KİV nümayəndəsinin olduğu bildirilir: Ermənistanın xaricdəki səfirləri Paşinyana qarşı açıq ittiham irəli sürərək, onu siqaret və qızıl qaçaqmalçılığında günahlandırırlar. Bu komandanın uğursuzluqları hər gün artır. Ermənistan cəmiyyətində və siyasi dairələrdə Paşinyanın fəaliyyətindən narazılıq genişlənir. Hakimiyyətin və şəxsən Baş nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi, ilk növbədə, koronavirusla bağlı problemlər fonunda düşür. Ermənistanın səhiyyə naziri Torosyan ölkənin acınacaqlı durumunu koronavirusla izah etməyə çalışır. Ölkədə yaranmış acınacaqlı durumla bağlı müxalif yönümlü partiyalardan Çiçəklənən Ermənistan Partiyası höküməti tam tərkibdə istefa verməyə çağırıb. Hakimiyyətlə Qaqik Çarukyan arasında 15 iyundan gərgin mübarizə başlayıb. Q.Çarukyan hakimiyyəti fəaliyyətsizlikdə günahlandıraraq koronovirusa yoluxanların sayını gizlətməkdə, ölkədə bir neçə aya faktiki aclıq başlayacağını bəyan edir. Çarukyan tərəfdarlarının parlament binası önündə iyunun 16 da keçeirdikləri aksiya polis tərəfindən dağıdıldı. Hətta KİV nümayəndələrinə də təzyiqlər olundu. Daimi Azərbaycanı söz azadlığını boğmaqda günahlandıran Qərb mediyası bu dəfə də öz səslərini çıxarmadılar. N.Paşinyanın öz siyasi rəqiblərinə qarşı bu tip hərəktləri birinci dəfə deyil. Onun həmçinin erməni oliqarxları ilə qohumluq əlaqələri yalnız siyasi mövqeyini gücləndirməkdən irəli gəlir. Baş Nazirin 2018-ci ildəki küçə hərakatı da Qərbin dəstəyi ilə və xüsusilə Soros fondu tərəfindən maliyyələşir və həyata keçirilirdi. Paşinyan erməni kilsəsi ilə də yola getmir. Qərbin erməni milyonçularının kilsə ianələrinə göz dikən baş nazir xeyli miqdarda dini nümayəndənin ölkəni tərk etməsinə səbəb olub. Maraqlıdır ki, ATƏT-in Ermənistanda baş verən bu hadisələr barədə heç bir münasibət bildirməməsi Qərbin ikili standartlarının bariz nümunasədir. Uğursuz siyasət aparmağı davam etdirən və Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini uzadan Paşinyan Ermənistanı daha böyük böhrana sürükləyir Bu da öz növbəsində, yeni etiraz dalğalarına, növbəti inqilaba və hakimiyyət dəyişikliyinə səbəb ola bilər.
Anar Hüseynov
Nəsimi rayon təhsil işçisi
Facebook-da paylaş










