Deputatların koronavirus testlərinin nəticəsi bu axşam bəlli olacaq

Milli Məclisin deputatlarından götürülən koronavirus testlərinin nəticəsi axşam saatlarında bəlli olacaq.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu haqda deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Canlı debat" verilişinə qonaq olarkən açıqlayıb. Müsahibimiz deyib ki, ona nəticələrin saat 17.00-dan sonra veriləcəyi deyilib: "Kimin testi pozitiv çıxıbsa, ona xəbər edəcəklər. Neqativ nəticəsi olanlara zəng edilməyəcək".
Musavat.com xatırladır ki, test zərurəti deputat Sahib Alıyevdə koronavirus aşkarlanmasından sonra yaranıb. Bu səbəbdən Milli Məclisin sabahkı iclası təxirə salınıb, bir çox komitə toplantıları isə zoom konfrans formatında həyata keçirilir.
F.Ağamalı virusa yoluxan həmkarına sağlamlıq arzulayıb və bu virusa deputatların yoluxmamasına ümid edib.
Rubrika.Az
Facebook-da paylaş











