Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu
![]()
Mərhum xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayev koronavirusa yoluxub.
Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Minval.info”ya bu barədə S. Mustafayevin yaxınları məlumat verib. Onlar bildiriblər ki, xalq artistinin oğlu hazırda müalicə alır.
Qeyd edək ki, xalq artisti Teymur Mustafayev iyunun 11-də vəfat edib. TƏBİB-dən onun koronavirusdan vəfat etdiyi bildirilsə də, ailəsi sənətkarın şəkərli diabetdən öldüyünü açıqlayıb.
Rubrika.Az
Facebook-da paylaş











