Daha bir jurnalist ATV-dən getdi (FOTO)
![]()
ATV-nin "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib.
Rubrika.Az xəbər verir ki, müxbir Səbuhi Turan 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb.
O, fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:
"Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!".
Rubrika.Az
Facebook-da paylaş









