Qırğızıstanın sabiq prezidenti Atambayevə hökm oxundu
![]()
Bişkek məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə hökm oxuyub.
Rubrika.Az "RİA Novosti"-ə istinadən xəbər verir ki, A.Atambayev kriminal avtoritet Əziz Batukayevin sərbəst buraxılması ilə əlaqədar korrupsiya epizodunda ittiham edilib.
“Məhkəmə Atambayevi təqsirli bilib və onun 11 il 2 ay müddətinə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla, azadlıqdan məhrum edilməsinə qərar verib”, - deyə hakim bildirib.
2019-cu ilin dekabr ayında ölkədə kütləvi iğtişaşların səbəblərini aydınlaşdıran dövlət komissiyası Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin hərəkətlərinin Çuy bölgəsində və respublikanın paytaxtındakı iğtişaşların əsas səbəbi olduğunu açıqlamışdı.
Rubrika.Az
Facebook-da paylaş













