Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü

"Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Rubrika.Az bildirir ki, bu barədə "Report"a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: "Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir".
Rubrika.Az
Facebook-da paylaş










