Elmar Vəliyevin oğlunun dostu istefa verdi
![]()
Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun müşaviri Elnur Camalxanov istefa verib.
Rubrika.Az Unikal.org-a istinadən məlumatına görə, bu barədə mətbuata heç bir açıqlama verilməsə də E.Camalxanov artıq uzun müddətdir ki, qurumla əlaqəsini kəsib.
Belə ki, o, İslam Oyunlarından bir qədər sonra Federasiyada işləməkdən imtina edib.
Həmin vəzifədən ayrıldıqdan sonra E.Camalxanov müxtəlif yerlərdə çalışıb, həmçinin "Kəpəz" futbol klubunun icraçı direktoru olub. Onun hazırda yeni idman klubu yaratdığı bildirilir.
Qeyd edək ki, E.Camalxanov Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin dostudur
Rubrika.Az
Facebook-da paylaş
















