Britaniyada son sutkada koronavirusdan 149 nəfər vəfat edib
![]()
Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 1 118 yoluxma halı qeydə alınıb, 149 nəfər vəfat edib.
Rubrika.Az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, indiyədək Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43 230 nəfərə çatıb.
Ölkədə indiyədək 307 980 nəfər koronavirus infeksiyasına yoluxub.
Rubrika.Az
Facebook-da paylaş















