Tokayev koronavirusa yoluxan səhiyyə nazirini istefaya göndərdi
![]()
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Səhiyyə naziri Elcan Birtanovu istefaya göndərib.
Rubrika.Az "RİA Novosti"-yə istinadən xəbər verir ki, buna səbəb Səhiyyə nazirinin koronavirusa yoluxması olub.
Vəzifədən azad edilən nazir hazırda infeksion stasionarlardan birində müalicə alır.
Rubrika.Az
Facebook-da paylaş













