Türkiyədə PKK-nı dəstəkləyən 42 nəfər saxlanıb

Türkiyənin 6 vilayətində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində PKK terror təşkilatına üzv olmaq və ona dəstək verməkdə şübhəli bilinən 42 nəfər saxlanıb.
Rubrika.Az-ın xəbərinə görə, saxlananlar arasında Xalqların Demokratik Partiyasının (HDP) üzvləri və keçmiş bələdiyyə sədrləri də var.
Polis şübhəlilərin toplandığı Demokratik Toplum Konqresinin qapısı möhürləyib.
Rubrika.Az
Facebook-da paylaş










