Salyan sakini borca görə özünə bıçaqla xəsarət yetirib
![]()
Salyan rayonunun Qaraqaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Quliyev Rafair Ramazan oğlu qoluna və sinəsinə bıçaqla xəsarətlər yetirib.
Rubrika.Az-ın məlumatına görə, o, yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edilir ki, onun özünə xəsarət yetirməsinə səbəb borcunun olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










