Bakıda 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Hacıyev Ceyhun Cabir oğlu mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Rubrika.Az
Facebook-da paylaş












