Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü
![]()
Bakıda yol qəzası baş verib.
Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə iyunun 29-u saat 22 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1990-cı il təvəllüdlü Pərvin Sadıqov idarə etdiyi “Chevrolet” markalı avtomobillə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Emin Əbilovu vurub. İyunun 30-da E.Əbilov rayon xəstəxanasında ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş













