Binəqədidə mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapılıb.
Rubrika.az bildirir ki, FHN-dən verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.az
Facebook-da paylaş















