Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi FƏRMAN

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilib.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmanla Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.
Dəyişikliyə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilib:
Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.
Qeyd edək ki, Əsasnamənin 3-cü maddəsi Dövlət Vergi Xidmətinin vəzifələri ilə bağlıdır.
Rubrika.Az
Facebook-da paylaş












