Ukrayna Prezidentinin xanımı koronavirusdan sağalıb

Ukrayna Prezidenti Vladimir Zelenskinin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xanımı Yelena Zelenskaya sağalıb və xəstəxanadan evə buraxılıb.
Rubrika.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.
“Ukraynanın birinci xanımı Yelena Zelenskaya sağalıb və bu gün xəstəxanadan buraxılıb. O özünü yaxşı hiss edir və yenidən ailəsi ilə birlikdə olduğu üçün xoşbəxtdir”, - deyə, bildirilib.
Qeyd edək ki, iyunun 16-da Y. Zelenskayaya koronavirus səbəbi ilə ikitərəfli pnevmoniya diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. V. Zelenski və övladlarından götürülən testin nəticəsi isə neqativ olub.
Bu günə olan məlumata əsasən, Ukraynada COVID-19-a 46 min 763 yoluxma halı qeydə alınıb.
Rubrika.Az
Facebook-da paylaş










