“Nigar Camal aravurandır, olmayan söhbətləri danışır” - İttiham
![]()
"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının növbəti qonağı stilist Elnur Həsənov olub.
Rubrka.Az xəbər verir ki, stilist verilişdə həmkarı Anar Ağakişiyevlə münasibətlərinin pozulmasına səbəb kimi müğənni Nigar Camalı göstərib. O, "Neslihan Atagül Bakıya gələndə Anar Ağakişiyev onu makiyaj edib. O isə bəyənməyib, ağlayıb. Bu söhbəti sən danışmısan" sözlərinə sərt cavab verib. Stilist N.Camalı aravuran adlandırıb:
"Mən tərəfdən atmacalar eşidə bilməzsiniz. Bəzi adamlar var ki, onlar üçün mən maraqlıyam, çıxıb danışırlar. Səbəbini bilmirəm, yəqin qısqanclıq. Elə bir söhbət danışmamışam, Anarın adını çəkməmişəm. Nigar aravuranlıq etdi. Gedib Anara o cür çatdırıb. Nigar Camalla elə söhbətlər edəcək qədər münasibətim yoxdur. Neslihanla bağlı elə hadisə eşitmişdim, amma Anarın adı çəkilməmişdi. Nigar gedib elə danışıb ki, guya, mən demişəm, filankəs bu işə görə əsəbidir. Allah elə gətirdi ki, az keçmədi, özləri biabırçılıqla dalaşdı, bir-birinin mesajını efirə verdi".
Rubrka.Az
Facebook-da paylaş
















