Ermənistanda koronavirusdan ölənlərin sayı 500-ü ötdü
![]()
Ermənistanda son sutka ərzində daha 349 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 285 nəfərə çatıb.
Son bir gündə 12 nəfərin virusdan ölməsi nəticəsində pandemiya səbəbilə ölənlərin sayı 503-ə yüksəlib.
Hazırda 11 711 nəfər infeksiyadan müalicə olunur.
Rubrika.Az
Facebook-da paylaş












