Avropa Liqasında 1/4 final və yarımfinalın püşkü də atıldı - Qarşılaşmalar
![]()
UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Rubrika.az xəbər verir ki, mərasimdə final oyununun nominal meydan sahibləri də müəyyənləşib.
1/4 final
“Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi
LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi
“İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi
Yarımfinal
Qarılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq.
1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Kölndə baş tutacaq.
Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.
Rubrika.az
Facebook-da paylaş











