KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunacağı təcili iclası təxirə salındı
![]()
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının təcili iclası vəziyyətin müzakirə ediləcəyi format üzrə məsləhətləşmələr üçün təxirə salınıb.
Rubrika.Az-ın “RİA Novosti”-ə istinadən xəbərinə görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov danışıb.
“KTMT Daimi Şurasının iclasının keçirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə ediləcəyi formatı müəyyənləşdirmək məqsədilə üzv dövlətlərlə əlavə məsləhətləşmələrə ehtiyac olduğu üçün təxirə salınıb”, - deyə V.Zaynetdinov bildirib.
Rubrika.Az
Facebook-da paylaş




