Cəlilabadda yanğın baş verib
![]()
Cəlilabad rayonunda birmərtəbəli ev yanıb.
Rubrika.Az-ın verdiyi məlumata görə, yanğın rayonun Günəşli kəndində baş verib.
Yanğın kənd sakini Cavanşir Bağırova məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli evdə qeydə alınıb. Evin yanar konstruksiyaları 100 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, C.Bağırov Günəşli kəndində həkim məntəqəsinin müdiridir.
Rubrika.Az
Facebook-da paylaş













