İTV-nin koronavirusa yoluxan əməkdaşı sağaldı
![]()
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan bölgə müxbiri sağalıb.
Rubrika.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikov koronavirusdan sağalaraq evə buraxılıb.
Qeyd edək ki, R.Məlikov bir həftə əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Rubrika.Az
Facebook-da paylaş














