Şəhid mayor Anar Novruzovla Masallıda vida mərasimi keçirilir
![]()
İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.
Rubrika.Az-ın APA-ya istnadən məlumata görə, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.
Rubrika.Az
Facebook-da paylaş











