Düşmənin növbəti uğursuzluğu
![]()
Ermənilərin Azərbaycan sərhədlərində təxribat törətdikləri yeni deyil. Zaman-zaman mənfur ermənilər sərhədlərimizdə atəşkəsi pozmuş və dinc əhaliyə zərər vurmuşlar. Son günlərdə erməni hərbi təxribatı nəticəsində sərhədlərimizdə atəşkəsin pozulması, 4 əsgərimizin şəhid olması bütün Azərbaycan vətəndaşlarını, eləcə də dünya azərbaycanlılarını dərindən kədərləndirir.
Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində ermənilər dünya birliyi tərəfindən irticaçı, təcavüzkar bir dövlət kimi tanınır . Ermənilərin Dağlıq Qarabağla bağlı arzuları puç olmaqdadır. Belə ki, artıq beynəlxalq təşkilatlar və bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər. Məhz bunun üçün də ermənilər puça çıxmış arzularının qəzəbini sərhədlərimizi pozmaqda görürlər. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan istənilən təxribatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə malikdir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, Ermənistanın təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib. Cənab Prezidentin bu çıxışı beynəlxalq birliyə, o cümlədən ATƏT-in Mınsk Qrupuna bir mesajdır. Bir sıra dövlətlərin baş verən son hadisələrə operativ reaksiyası bir daha Azərbaycanın regionda və dünyada əldə etdiyi günü - gündən artan nüfuzunun bariz nümunəsidir.
Azərbaycanın dünyada nüfuzunun günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Sirr deyil ki, Ermənistandakı problemlərdən və xarici siyasətdəki iflasdan diqqəti yayındırmaq məqsədilə Paşinyan hakimiyyəti belə bir avantüraya getmişdir.
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.
Əminəm ki, əvəlki hiyləgər siyasətləri kimi ermənilərin indiki siyasətləri də beynəlxalq aləm tərəfindən ifşa olunacaqdır.
Anar Hüseynov
Nəsimi rayon təhsil işçisi
Facebook-da paylaş













