Əksər beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyir

Azərbaycanımızın dilbər guşəsi, eynilə Azərbaycanın mühim starteji dayaq mərkəzi olan Tovuz rayonumuza ermənilər tərəfindən hücüm cəhdi, ikiüzlü siyasi rəhbərliyə sahib düşmən bir dövlət üçün elə gözlənilən bir addım idi.
Ernənistan dövləti Azərbaycan ordusuna qarşı qalib gəlməyin imkansız olduğunu bilsə də buna baxmayaraq, əllərindən gəldiyi qədər Azərbaycana zərbə vurmaq istəyirlər, bunun səbəbləri isə çoxdur. Azərbaycanın son illər ərzində qazandığı beynəlxalq uğurları, iqtisadi yüksəliş və Azərbaycan xalqının öz hökümətinə olan bağlılığı və sadiqliyi erməniləri qısqandıran əsas səbəblərdəndir. Təəssüflər olsun ki, bu hücümların nəticəsində Azərbaycan ordusu şəhidlər verdi, əsgərimiz yaralandı, qarşılığında isə ordumuzun əsgərləri Ermənistanın sərhəd bölgəsindəki məntəqələrə dəqiq zərbələr endirdi, düşmən ordusunun texnikası, canlı qüvvəsi məhv edildi, Ermənistan ordusu çoxlu sayda əsgərlər itirdi.
Ermənistanın bu hücümu dünya medyasında birmənalı qarşılanmadı. Dünyanın başlıca xəbər saytları bu hücümu qınadı. Xarici dövlətlərdən isə buna ilk reaksiya qardaş ölkə Türkiyə respublikasından gəldi. Azərbaycana hər cür dəstək olacağını bildirdi, həmçinin dünyanın əksər ölkələri bu hücümda Ermənistanı qətiyyətlə pislədi və Azərbaycanın hücuma olan qarşılığını öz ərazi bütövlüyünü qorumaq məqsədi ilə atılan addım kimi qəbul etdi. Bütün bunlar Azərbaycanın xarici siyasət işləri üzrə atdığı addımların təcəssümü kimi hesab olunur.
Şahməmmədli Cavid
Nəsimi rayon gənci, ADA Universitetinin tələbəsi
Facebook-da paylaş












