Hər şey Vətən üçün!

Azərbaycan gənc və güclü bir dövlətdir. Lakin təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Prezident İlham Əliyevin strateji, məqsədyönlü, ardıcıl islahatları nəticəsində ordumuz düşməni məhv edəcək dərəcədə güclü və məğlubedilməzdir. Ermənistan hökumətinin təcavüzkar siyasətinə, beynəlxalq hüquq normalarını dəfələrlə pozmasına baxmayaraq, Azərbaycan tərəfi hər zaman münaqişəni sülh yolu həll etməyə çalışmışdır. Lakin Ermənistan hökuməti öz məkrli siyasətindən əl çəkməyərək 2020-ci il iyulun 12-dən etibarən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməyə başlamışdır. Azərbaycan ordusu düşməni geri otuzduraraq bir daha öz üstünlüyünü sübut etdi. Azərbaycan ordusu 2016 və 2018-ci il əməliyyatlarında olduğu kimi, bu döyüşlərdə də öz şücaətini göstərərək düşmənə layiqli cavabını vermişdir. Lakin təəssüflər olsun ki, heç bir müharibə itkisiz olmur. Son döyüşlər zamanı Azərbaycanın mərd, qorxmaz oğulları Vətəni öz canları bahasına qoruyaraq bu yolda şəhid olmuşlar. Şəhidlərimizin sırasında əsgərlərlə yanası general, polkovnik vəzifəsinə yüksəlmiş qəhrəmanlarımız da mövcuddur.
Azərbaycan ordusu tərəfindən görülən tədbirlərdən sonra Ermənistan hökuməti təşviş içindədi. Əldə olunan məlumatlara görə bəzi kəndlər, şəhərlər boşalır və panika yaranır. Azərbaycanda isə tam əksinə - Ali Baş Komandanın bir əmri kifayətdir ki, əli silah tutan vətənpərvər oğullarımız cəbhəyə yollanaraq torpaqlarımızı işğaldan azad etsinlər. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazanmayıb və qazanmayacaqdır. Heç kəsə sirr deyil ki, düşmən ölkə tərəfindən son günlərdə törədilən bu hadisələr diqqəti ölkə daxilində baş verən iqtisadi və siyasi gərginlikdən başqa səmtə yönəltməkdən savayı bir şey deyil. Bu yolda azğınlaşmıs mənfur düşmən ordusu hətta dinc əhalinin yaşayış məntəqələrini hədəfə almaqdan çəkinməmiş və nəticədə 76 yaşlı Əziz Əzizov dünyasını dəyişmişdir.
Ermənitsanın Azərbaycana qarşı növbəti təxribatı bir çox xarici ölkə tərəfindən kəskin tənqid olundu.
Hər zaman olduğu kimi ölkə başçısı yenə də xalqın yaninda durur, bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm də öz fikirlərini, siyasətini deyir və eyni zamanda xalqı narahat edən problemləri dərindən təhlil edir.
Ordumuzun uğuru xalqımızda ruh yüksəkliyi yaratmış və yüzlərlə Azərbaycan vətəndaşı prezidentə müraciət edərək döyüşə hazır olduğunu bildirmişdir. Bu xalq-iqtidar birliyinin sarsılmazlığını sübut edir.
Fehruzzadə Xatirə
Nəsimi rayonu
Facebook-da paylaş















