Prezident İlham Əliyevin qətiyyətli çıxışları xalq tərəfindən dəstəklənir

Erməni silahlı qüvvələrinin iyulun 12-də Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində atəşkəs rejimi pozulmuşdur. Mənfur ermənilər Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirib və bu gözlənilməz zərbə nəticəsində bizim yüksək rütbəli hərbçilərimiz həlak olub, yaralanıb. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb. Azərbaycanın əsgər və zabitlərinin qanı yerdə qalmayıb. Onlara sarsıdıcı zərbələr endirilib. Bundan başqa Ermənistan tərəfi yaşayış evlərini, mülki şəxsləri məqsədli şəkildə atəşə tutur, son təxribat zamanı Azərbaycanın bir mülki şəxsi həlak olub. Onların törətdiyi təxribatın əsas səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Ermənistan hakimiyyəti bununla daxili gərginliyi azaltmağa çalışır.
Prezident İlham Əliyev çıxışında söyləmişdir: “Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.”
Ali Baş Komandan İlham Əliyevin bu hadisələrlə əlaqədar qətiyyətli çıxışı xalq tərəfindən dəstəklənir və onun ətrafında sıx birləşdirir. Azərbaycan xalqı əmindir ki, şanlı bayrağımızın işğal altındakı əzəli torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil.
Amalya Zalova
Facebook-da paylaş










