“Bundan sonra da imtahan keçirilməsi davam edəcək”

“İndiyə qədər keçirdiyimiz imtahanlar təlimatlara uyğun təşkil olunub və bundan sonra da belə olacaq”.
Rubrika.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu günə kimi 143 minə yaxın şagird imtahanda iştirak edib: “Bundan sonra da imtahan keçirilməsi davam edəcək. Mərkəz tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Əvvəllər daha çox imtahanlar şəhər mərkəzlərində keçirilirdi. İndi imtahanlar lokal şəkildə təşkil olunub. Maksimum bir binada 220-250 adam iştirak edir. İndiyə kimi hər hansı mənfi hal qeydə alınmayıb”.
Rubrika.Az
Facebook-da paylaş












