Xələf Xələfov: Erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı rəsmi araşdırmalar başlayıb
![]()
"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".
Rubrika.az "Report"a istinadən xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.
“Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir”, - nazir müavini vurğulayıb.
Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: “Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir”.
“Mən Serbiyanın müvəqqəti işlər vəkilini dəvət edəndə çox açıq surətdə dedim ki, bizdə tam müfəssəl, tam dəqiq məlumatlar var ki, bu, baş verib. İndi söz Serbiya tərəfindədir. Bunu araşdırmalıdır və bizə izahat verməlidir. Baş verməsi və nəticələri barəsində. Təbii ki, biz səfirliyimiz vasitəsilə təmasları davam etdiririk. Səfirimiz orada müəyyən görüşlər keçirib, artıq bizə müəyyən cavablar veriblər. Hazırda Serbiya tərəfində bu məsələnin rəsmi araşdırılması prosesi gedir. Biz gözləyirik ki, yaxın zamanda dövlət tərəfindən aparılan bu araşdırma başa çatacaq. Azərbaycan tərəfinə adekvat olan bir izahat verəcəkdir. Biz Serbiya tərəfindən həm izahat, həm də bu addımların atılmasına gətirib çıxaran səbəblərin aradan qaldırılmasını tələb etmişik", - nazir müavini deyib.
Bizim Facebook səhifəmizə abunə olun
Xəbərlər Şöbəsi
Xəbərin müəllifi
450x70
TƏRƏFDAŞLARIN XƏBƏRLƏRİ
Nazir müavini: “ABŞ polisi Baş Konsulluğu və azərbaycanlıları qoruya b...
25 ölkədə 56 aksiya keçirilib - Dövlət Komitəsinin sədr müavini
DYP: 1 114 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladı
Ermənilər Mirzə Sakitin oğluna da xəsarət yetirdilər - VİDEO
EKSKLÜZİV XƏBƏRLƏR
Əli Hüseynli: Bu dəfə onlar azərbaycanlıların daha ciddi və fərqli həmrəyliyi ilə rastlaşdılar
Əli Hüseynli: "Bu dəfə onlar azərbaycanlıların daha ciddi və fərqli həmrəyliyi ilə rastlaşdılar"
22 İyul , 2020 16:23
Ekspert koronavirusun müəyyənləşdirilməsi üçün testlərin müsbət və mənfi tərəflərini açıqladı
Ekspert koronavirusun müəyyənləşdirilməsi üçün testlərin müsbət və mənfi tərəflərini açıqladı
21 İyul , 2020 19:40
Bakı Metropolitenində kadr dəyişikliyi olub
"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub
21 İyul , 2020 10:30
Ehsan Zahidova iki yeni müavin təyin olundu
Ehsan Zahidova iki yeni müavin təyin olundu
21 İyul , 2020 9:29
Personalar
Haqqımızda
Bizimlə əlaqə
Valyuta
Hava proqnozu
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Facebook-da paylaş













