İnfrastruktur layihələrin icrası nəticəsində ölkəmiz inkişaf edir
XXI-ci əsrin ən böyük problemlərindən biridə su problemidir. Quraqlıq özüylə aclıq və yoxsulluq gətirir, bundan ən çox sadə insanlar əziyyət çəkir indiki şəraitdə dünyanın böyük ölkələri su mənbələrininə nəzarət etmək uğrunda mübarizə aparırlar.
Son dövürlərdə Azərbaycanda da susuzluq və quraqlıq daha qabarıq şəkildə özünü gösdərməkdədir xüsusilə də aran zonasında bu daha çox (Neftçala İmişli Saatlı və s) özünü göstərir. Kür çayının suyunun azalması mərkəzi aran bölgəsinin fermerlərinə ciddi şəkildə ziyan vurmuşdur. Azərbaycanda quraqlığın qarşısını almaq ucun bir cox su snbarları su kanalları (Şəmikir su anbarı. Taxdakörpü su anbarı, Ceyranbatan su anbarı və s) mövcudur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilmişdir.layihənin heyata kecirilməsindən sonra Bakı şəhərində əhalinin 24 saat fasiləsiz suynan temin edilməsi mümkün olmuşdur.
Prezident İlham Eliyevin rehberliyi altında daha bir layihənin İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.bu 30 min hektar torpaqların su ilə nəmin ediləsinə imkan vemişdir. Hazırda su probleminin həllində vacib məsələlərdən biridə bu sahədə vahid idareetmə mexanizminin işlənməsidir.
İyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə aşağıdakı məsəllələrə toxunmuşdur.
"Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq".
Murad İsmayılov
Nəsimi rayon Təhsil işçisi
Facebook-da paylaş








