"Çıxar Osman adını soyadından, bir erməni adı qoy yerinə..."
![]()
Əməkdar artist, tanınmış diktor Nailə İslamzadə jurnalist Sevinc Osmanqızının dövlətimizə qarşı apardığı təbliğatını tənqid edib.
N.İslamzadə Moderator.az-a açıqlamasında S.Osmanqızına bu cür hərəkətlərinə son verməsini tövsiyə edib:
“Sevinc Osmanqızı son çıxışlarında ermənilərin tərəfində duraraq, azərbaycanlıların onlara verdiyi zülmdən utandığını deyir. Mən isə deyirəm: Sevinc, sənin atan şəhid olub e, erməniləri öldürüb onu! Atanın çörəyi haram olsun sənə! Çıxar Osman adını soyadından, bir erməni adı qoy yerinə! O qədər kanal açıb, güc sərf edirsən ki, öz millətini alçaldasan? Bu filmə bax xəcalət çək! Amerikalılar Xocalı soyqırımı haqda çəkib! Sən nə çəkirsən? Bütün gücünü Azərbaycanı təhqir etməyə, inkişafımızı sıfırlamağa, erməniyə haqq qazandırmağa sərf edirsən. Mənə Amerikadan zəng vurub dedilər bu qızın ağlı çaşıb, insan da öz millətini alçaldarmı?
Sumqayıtda baş verənləri, 14 iyul hadisələri, Los-Ancelesdəki hadisələri və sair təhrif edərək nə demək istəyirsən? Heçmi atan yuxuna gəlmir? Əminəm ruhu əzab çəkir”.
RUBRİKA.AZ
Facebook-da paylaş












