Koronavirusdan sağalanların 78 faizi ürək xəstəsi olur
![]()
Koronavirusu məğlub edən xəstələr arasında aparılan araşdırmada daha əvvəl ürək problemi olmayan 100 xəstədən 78-nin emar müayinəsində ürək pozğunluğu aşkar edilib.
Rubrika.Az xəbər verir ki, araşdırmaya Alman həkimlər tərəfindən 45-53 yaş arası xəstələr cəlb edilib.
Bildirək ki, 100 xəstənin yarısından çoxu virusla iki ay əvvəl mübarizə aparıb və sağalaraq təxliyyə edilib. Bundan əlavə xəstələrdən 36-da nəfəs problemi və ümumi yorğunluq hiss edilib, 71 nəfərdə isə ürək əzələlərinin zərər gördüyü ortaya çıxıb.
Rubrika.Az
Facebook-da paylaş















