İranda bir gündə 196 nəfər koronavirusdan öldü
![]()
İranda ötәn sutka әrzindә daha 196 nəfər koronavirusdan ölüb.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 16 343 nəfərə yüksəlib.
Sadat Lari әlavә edib ki, İranda ötən 24 saat ərzində daha 2 636 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 298 909 nəfərə çatıb. Virus daşıyıcılarından 4 027 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Rubrika.Az
Facebook-da paylaş














