İranda daha 113 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində daha 2 249 nəfərdə koronavirus (COVID19) aşkarlanıb, 113 nəfər isə ölüb.
Rubrika.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Bununla da İranda bu virusa yoluxanların sayı 189 876 nəfərə, ölənlərin sayı isə 8 950 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Rubrika.Az
Facebook-da paylaş















