Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirildi
![]()
Ermənistanda kənd təsərrüfatı məhsulları bazarının tacirləri Yerevanda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, onlar iyulun 30-da səhər saatlarında Ermənistan İqtisadiyyat Nazirliyinin binası qarşısına toplaşıb və oradan hökumət evinə sarı yollanıblar. Aksiya iştirakçıları yaşayış yerlərinə yaxın ərazidəki bazarın bağlanmasına etiraz ediblər.(“Report”)
Rubrika.az
Facebook-da paylaş











