DİSTANT TƏHSİLİ İLƏ BAĞLI ÜZEYİR AĞAZADƏ EMİN ƏMRULLAYEV CƏNABINA MÜRACİƏT ETDİ
![]()
Redaksiyamıza Üzeyir Ağazadə tərəfindən müraciət daxil olmuşdur. Rubrika.Az saytı olaraq müraciəti olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"Hörmətli «Rubrika.az» saytının rəhbərliyi !
Siz həmişə təhsil problemlərin işıqlandırırsınız.Lakin əlillərin təhsili ilə bağlı demək olar ki, heç bir mətbuatda onların təhsildəki problemləri işıqlandırılmır. Təhsil qanununda distant təhsil digər təhsilalma formaları kimi əsas təhsilalma forması və dünya standartlı təhsil olmasına baxmayaraq 11 ildir bu təhsilə tətbiq olunmamışdır. Bunun da ən çox ziyanı əlillərə dəymişdir.Yalnılz bu il bizdə koronavirusla bağlı gec də olsa bu təhsilalma forması tətbiq olunmağa başlanmışdır.Xüsusilə ali məktəblərdə sesiya imtahanları onlayn qaydada keçirlərək qiymətləndirmə mexanizmi də həyata keçirilmişdir. Bu da distant sahəsində təhsilimizin uğurudur. Azərbaycanda xəstə, sağlamlıq imkanları məhdud və əlill uşaqların təhsilində distant təhsilin əvəzsiz və yeganə təhsilalma forması olması artıq çoxdan məlumdur. Təəssüf ki, öllkəmizdə əlillərin təhsili qeyri qənaətbəxş vəziyyətdədir, yəni heç bir təhsil müəssisəsində, xüsusilə ali məktəblərdə onlarçün uyğun infrastruktur yaradılmamışdır. Həmçinin əlillərin ali təhsil alması üçün heç bir proqram da yoxdur. Azərbaycan dünyəvi dövlətdir və bir sıra beynəlxalq konvensiya, proseslərə qoşularaq müəyyən öhdəliklərə imza atmışdır. Düzdür əlillərin ölkəmisdə sosial durumunun yaxşılaşdırılması ilə bağlı çoxlu müsbət dəyişikliklər edilmişdir. Onların tam pulsuz müalicə-reabilitasiyası yüksək səviyyədə təşkil olunsa da hələ ki, onların təhsilinə diqqət qənaətbəxş səviyyədə deyil. Mən əlil olaraq sağlamlıq imkanlarıma görə Təhsil qanununun mənə icazə verdiyi kimi xaricdə çox çətinliklə də olsa distant təhsil almışam. Amma mənim diplomumun hələki tanınması yubadılır. Yeni Təhsil Nazirinin təyin olunması bütün ictimaiyyəti sevindirir və hamı da yeni nazirdən təhsildə islahatlar gözləyir. Biz də ümid edirik ki, yeni nazir əlillərin təhsilinə də öz töhvəsini verəcəkdir. Mən həm də Azərbaycanda keçirilən distant təhsil üzrə keçirilən ilk onlayn bilik müsabiqəsinin qalibiyəm. Öz ixtisasımla yanaşı həmçinin innovasiya , o cümlədən distant texnologiyalarının təhsilimizə tətbiqi sahəsində bütün bilik və bacarığımı sərf etmək istəyirəm , bununçün isə sadəcə mənə dəstək lazımdır. Ona görə də bu məqsədləTəhsil naziri E.Əmrullayevə ünvanladığım müraciəti xahiş edirəm saytınızda dərc edəsiniz. Sağ olun.Əvvəlcədən təşəkkürümü bildirirəm."
https://www.muallim.edu.az/www.old/arxiv/2011/20/13.htm
"Azərbaycan Respublikası Təhsil Naziri E.E.Əmrullayev cənablarına
MÜRACİƏT
Salam Cənab Nazir!
Sizi Təhsil Naziri olaraq yüksək posta təyinatınızla əlaqədar təbrik edir, sizə cansağlığı və təhsilimizin inkişafı istiqamətində uğurlar arzulayıram. Mən sağlamlıq imkanları məhdud şagird kimi orta təhsilimi evdə, sonra isə 2-ci dərəcəli əlil olaraq ali təhsilimi isə Rusiyada riyaziyyat müəllimi ixtisası üzrə distant şəkildə almışam. Ölkəmizdə keçirilən ilk distant–onlayn müsabiqəsinin riyaziyyat nominasiyasının qalibiyəm. Öz ixtisasım , həm də Distant – innovasiya texnologiyalarının tədrisində öz bilik və bacarığımı təhsilimizə sərf etmək istəyirəm. Xahiş edirəm mənim təhsil diplomumun tanınmasına, əlillərin distant ali təhsil almasına və onların cəmiyyətə inteqrasiya olunmasına köməklik göstərəsiniz. Sizdən təhsildə yeniliklər və islahatlar gözləyirik."
https://www.muallim.edu.az/www.old/arxiv/2011/20/13.htm![]()
![]()
![]()

Hörmətlə, Üzeyir Ağazadə
Facebook-da paylaş












