Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
![]()
“Aybəniz xanım ayağındakı problemə görə müalicə olunur...”
Xəbər verdiyimiz kimi Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevdən ayrılma xəbər yayılıb.
Rubrika.Az bildirir ki, moderator.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün A.Haşımovayla əlaqə saxlayıb. Telefona müğənninin köməkçisi Nicat adlı şəxs cavab verib və onun müalicədə olduğunu bildirib:
“Aybəniz xanım ayağındakı problemə görə müalicədədir”.
Nicat bəy Aynişanla bağlı sualımızı isə cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, cütlük ötən ilin dekabr ayında nişanlanmışdı və fevral ayında toyları olmuşdu. K.Əliyevin qayınanası A.Haşımovanı və həyat yoldaşı A.Quliyevanı “Instaqram”da izləmədən çıxardığı bildirilir. A.Haşımova isə qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabından silib. İzləyicilər isə cütlüyün ayrıldığını iddia edirlər.
A.Haşımovanın isə iyun ayında “Qızıl yel” xəstəliyinə görə ayağında ciddi problem yaranmışdı.
Rubrika.Az
Facebook-da paylaş











