Tramp rəqiblərini saxtakarlıqda ittiham etdi
![]()
ABŞ prezidenti Donald Tramp ölkədə poçt yolu ilə aparılan seçkilər üçün göndərilən seçki bülletenlərinin "ölülərə, pişik və itlərə" getdiyini iddia edib.
Rubrika.Az xəbər verir ki, Tramp bu haqda Ağ Evdəki gündəlik mətbuat konfransında danışıb. O, demokratların COVİD-19 səbəbilə 3 noyabrdakı seçkilərin poçt yolu ilə keçirilməsi tələbini sərt şəkildə tənqid edib.
Donald Tramp eyni zamanda Rusiya, İran və Çin kimi ölkələrin ABŞ seçkilərinə müdaxilə edəcəyi ilə bağlı fikirlərə də diqqət çəkib:
"Seçkilərdəki əsas problem Çin, İran və Rusiya olmayacaq, əsas problem demokratlar olacaq".
Rubrika.Az
Facebook-da paylaş















