Ermənistanda koronavirusa yoluxanların sayı 41 mini ötdü
![]()
Ermənistanda daha 229 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 023-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 809-a çatıb. İndiyədək 33 897 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 6 079 aktiv koronavirus xəstəsi var.(report.az)
Rubrika.Az
Facebook-da paylaş











