Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərilib. Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minaatan atəşlərinə məruz qalıb, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər mülki şəxs həlak olub. Azərbaycan Serbiya hökumətinə müraciət edərək Ermənistana silah satışına dair mövqeyini yenidən nəzərdən keçirməyi xahiş edəndə Belqradın buradan çox uzaqda baş verən beynəlxalq mübahisənin ortasına düşdüyü aydın oldu.
Serbiya prezidenti Aleksandr Vucic iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələr zamanı Azərbaycan hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.“Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib.”
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Hüseynli Elşən Adil oğlu
Nəsimi rayon gənci,
Azərbaycan Dillər Universitetinin tələbəsi
Facebook-da paylaş











