Etirazçılar valinin evini mühasirəyə aldılar, onlarla avtomobil yandırıldı
![]()
İraqın cənubundakı Bəsrə kəndində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.
Bəsrə şəhərində onlarla insan bir aktivisti öldürülməsi səbəbilə Vali Esat əl-Qeydaninin evinin qarşısına toplaşıb. Etirazçılar evin arxa hissəsində bir çox nəqliyyat vasitəsini yandırıb.
Polis isə nümayişçiləri dağıtmaq üçün qaz bombası və həqiqi güllələrdən istifadə edib.
Nəticədə hadisə zamanı çoxlu sayda nümayişçi yaralanıb, bəziləri isə polis tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, valinin evinin qarşısına toplaşanlar bir müddət sonra Bəsrə Təhsil Mərkəzinin qarşısında təkər yandırmağa başlayıblar.
Rubrika.Az
Facebook-da paylaş











