Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı - Foto
![]()
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 5153 koronavirus testi edilib. Onlardan 124-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 836 908-ə çatıb.
Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 202 nəfərdir. Onlardan 31 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.
Hazırda ölkədə 1793 nəfər aktiv koronavirus xəstəsi var.
Rubrika.Az
Facebook-da paylaş








