“Kişilər, qısqananda sözlərinizə fikir verin” – Flora Kərimova

"Müğənnilərin tək oxumağı yox, intelektual səviyyəsi olmalıdır. Hər birimiz millətin nüfuzuyuq. Dediyimiz sözə, atdığımız addıma fikir və hesabat vermək borcumuzdur".
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Ən yaxşısı" verilişində deyib. Sənətçi eyni zamanda qısqanc kişilərdən də söz açıb:
"Dilinin, millətinin qədrini bilməlisən. Buna görə də kişilərə səslənirəm ki, qısqananda, danışanda sözünüzə fikir verin. Siz Azərbaycan qadınını, millətini təmsil edən xanım haqda danışırsınız. Nə qədər qısqanırsınızsa, o qədər ehtiyatlı olun. Qoyun papağınızı qarşınıza, fikirləşin".
Rubrika.Az
Facebook-da paylaş














