Bakıda firma sahibləri etiraz edir — Məşhur mağazalar şəbəkəsi sahibinin ölkədən qaçdığı deyilir (FOTOLAR)
![]()
Dünən paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən "AY store" mağazalar şəbəkəsinin qarşısında etiraz aksiyası keçirib.
Rubrika.Az Demokrat.az-a istinadla xəbər verir ki, firma sahibləri olan etirazçılar "AY store" mağazalar şəbəkəsinin rəhbərliyindən şikayət ediblər.
Şikayətçilər iddia edir ki, "AY store" mağazalar şəbəkəsinin sahibi onları aldadaraq, malları ilə bərabər ölkədən gediblər.
Şikayətçilər "AY store" mağazalar şəbəkəsinə firma olaraq mallar verdikləri, lakin pullarını ala bilmədiklərini deyirlər.
Firma sahibləri bildirir ki, məsələ ilə bağlı "AY store" mağazalar şəbəkəsinin rəhbərliyi bir neçə vaxtdır onların telefon zənglərinə cavab vermir.
"Xeyli sayda mal vermişik, ancaq pulunu ala bilməmişik. İndi mağazadan heç kəsi tapa bilmirik, Harada olduqları məlum deyil. Mağazaları da bağlıdır", - deyə şikayətçilər bildiriblər.![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













