Bakıda 6 aylıq körpə koronavirusdan ölüb? — AÇIQLAMA
![]()
Bakıdakı xəstəxanalardan birində körpə ölüb.
Hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb. Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.
TƏBİB-dən bildirilib ki, körpədən koronavirusa görə analiz götürülüb: “Körpəyə III-IV dərəcəli ağciyər, ürək çatışmazlığı diaqnozu qoyulub. Uşaqda COVID-19 analizinin nəticəsi neqativ çıxıb”.
Rubrika.Az
Facebook-da paylaş








