Bakıda 4 nəfəri maşın vurdu
![]()
Bakıda Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə hadisə Əmircan-Bülbülə döngəsi yaxınlığında olub.
Məlumata görə, hazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.
Mais Ağayev bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər piyada vurulub.
Rubrika.Az
Facebook-da paylaş













