Albaniyanın ilk prezidentindən Azərbaycana dəstək
![]()
Albaniyanın ilk Prezidenti olmuş Sali Berişa Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə edib.
Rubrika.Az Albaniya KİV-inə istinadən xəbər verir ki, Sali Berişa Azərbaycanın tarixi torpaqları üzərində nəzarəti ələ almaq səylərini dəstəkləyib.
Keçmiş Prezident münaqişənin gərginləşdiyi mərhələdə tərəflərdən birinə açıq dəstək verən ilk alban siyasətçisidir. Bundan əvvəl Albaniyanın Baş naziri və ATƏT sədri Edi Rama tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırmışdı.
Rubrika.Az
Facebook-da paylaş












